Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşüb | FOTO

Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşüb |    FOTO
  04 Sentyabr 2025    Oxunub:749
Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə İzmir şəhərində görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə o özünün "X" hesabında məlumat yayıb. Görüşdə karbohidrogen və bərpa olunan enerji sahələrində ikitərəfli və regional əhəmiyyətli layihələr üzrə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

"Türkiyə istiqamətində müxtəlif marşrutlar üzrə elektrik enerjisi ixracı üçün infrastrukturun yaradılması məsələlərini müzakirə etdik", – nazir bildirib.

Eyni zamanda, İzmirdə keçirilən Azərbaycan-Türkiyə IV Forumi çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə işçi qruplarının məruzələrini dinlənilərək əməkdaşlığın növbəti mərhələləri üzrə addımlar müəyyənləşdirilib.

AzVision.az


Teqlər: energetika  



Xəbər lenti